"Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməlidir" - Ceyhun Bayramov 

“Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə bu gün onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. 

XİN rəhbəri sonra vurğulayıb ki, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şəraitin yaradılması, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir: 

“Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu yaxınlarda ailələrin birinci qrupu qayıdıb. Həmçinin Azərbaycan post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir.

Bu xüsusda, Azərbaycan Konstitusiyası möhkəm hüquqi çərçivəni təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir.
İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalarla çirkləndirilməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir. Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub”.

O əlavə edib ki, Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir: 

“Mina hadisələrinin təxminən 55%-i Ermənistanın minalanmış sahəyə dair məlumatların təqdim edilmədiyi ərazilərdə baş verib. Bunun əksinə, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkar edilib. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək sözügedən mina sahəsinə baxış keçiriblər.

Ümumilikdə, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə keçirilmişdir. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan kobud sui-istifadədir”.
C.Bayramov həmçinin qeyd edib ki, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib: 

“Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında sülh təklif edib. Son iki il ərzində mənim ölkəm sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir. Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Mən Ermənistanın xarici işlər naziri ilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün 3 dəfə görüşmüşəm. 7 noyabr 2022-ci ildə Vaşinqtonda keçirilən son görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Bu xüsusda, Azərbaycan artıq Ermənistana saziş layihəsi ilə bağlı şərhlərini təqdim edib”.

XİN rəhbəri daha sonra deyib ki, Azərbaycanın yanaşması aydındır, ardıcıldır və beynəlxalq hüquqa əsaslanır:

“Təxminən 30 ilə yaxın heç bir rəsmi münasibətlərin olmamasından sonra tərəflər üçün dövlətlərarası münasibətlərin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmaq təcili zərurət təşkil edir. Bu sənəd onların iki bərabər suveren dövlət kimi hüquqlarına zəmanət verməli və dövlətlərarası münasibətlər sferasına daxil olan ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaratmalıdır.
İkitərəfli danışıqlarda dinamikanın artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi 3 əsas istiqamətində irəliləyiş kifayət qədər məhdud olaraq qalır. Hər üç istiqamətdə Ermənistan prosesə səmimi şəkildə qoşulmaqdansa, keçmiş imitasiya praktikasına sadiq qalır. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır”.

O sonra deyib ki, Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb: 

“Eyni şəkildə Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində, Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir.

Hər iki tərəfin nəhayət dayanıqlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda ATƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanı normallaşma prosesini pozmaq cəhdlərindən əl çəkməyə inandırması əhəmiyyətlidir.
Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

Ölkəmizdə hər on nəfərdən yeddisinin ASILILIĞI – “TikTok” insanları necə “ƏLƏ KEÇİRİR”?

Ölkəmizdə hər on nəfərdən yeddisinin ASILILIĞI – “TikTok” insanları necə “ƏLƏ KEÇİRİR”?

Şəmkirdə restoranda zəhərlənənlərin SON DURUMU

Şəmkirdə restoranda zəhərlənənlərin SON DURUMU

Zərdabda ağır qəza: "Kia Rio" ağaca və işıq dirəyinə çırpıldı

Zərdabda ağır qəza: "Kia Rio" ağaca və işıq dirəyinə çırpıldı

Bakıda istehsalat sexinin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Bakıda istehsalat sexinin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO

Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO

Göyçayda 46 yaşlı şəxs 36 yaşlı tanışını BIÇAQLADI

Göyçayda 46 yaşlı şəxs 36 yaşlı tanışını BIÇAQLADI

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

13 yaşlı oğlan qıcolmadan öldü

13 yaşlı oğlan qıcolmadan öldü

End of content

No more pages to load

RADİO