İsrail ABŞ-ın təzyiqi ilə Ukraynaya strateji texnikaların tədarükünə razılıq verib.
Bizim.Media xarici KİV-ə istonadən xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat dərc edib.
Nəşr yazıb ki, bir neçə həftə öncə ABŞ nümayəndələri İsrail hakimiyyətinə Ukraynaya yardımla bağlı müraciət ediblər. Yardım Kiyevə hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı olub.
Rəsmi Vaşinqtonun müraciətinə Təl-Əviv hökuməti əvvəlcə milli maraqlarını əsas gətirərək mənfi cavab verib
İsrailin Baş naziri Yair Lapidin başda olmaqla İsrail hökuməti bu məlumatı təsdiqləyib, lakin Nazirlər Kabineti rəsmi şərh verməkdən yayınıb.
Məlumata əsasən, nəticədə İsrail strateji texnikaların verməsinə razı olub. Buna isə milyonlarla dollar məbləğində vəsait sərf edilib.
Bizim.Media