NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya davamlı dəstəyi nəzərdən keçirmək və gələcək prioritetləri müzakirə etmək üçün Ukraynaya Yardım üzrə Təmas Qrupunun virtual iclasında iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 15-də Rusiyanın Ukrayna şəhərlərinə, mülki infrastruktura və əhaliyə kütləvi raket hücumları bu ölkənin qeyri-qanuni müharibədəki vəhşiliyini açıq şəkildə göstərir. Odur ki, müttəfiq ölkələr Ukraynaya dəstəyi davam etdirməli və gərginliyin qarşısını almalıdır”,- deyə Stoltenberq bildirib.
Baş katib Ukraynanın ehtiyaclarından danışaraq bildirib ki, ölkə daha çox hava hücumundan müdafiə sistemləri, qış geyimləri, yanacaq və tibbi ləvazimatlarla təmin edilməlidir.
Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya daha çox hərbi, maliyyə və humanitar dəstək verməsini təqdir edib.
Bizim.Media