Xerson vilayətinin saxta “administrasiya rəhbəri”nin müavini Yekaterina Qubareva yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları yazıb.
Qubarevanın itkin düşməsi barədə əri məlumat verib. Onun sözlərinə görə, Yekaterina sonuncu dəfə dünən, noyabrın 15-də Rusiya işğalında olan Qeniçeskdə Xerson vilayətinin “hökumət binası” yaxınlığında görünüb. Bundan sonra onunla əlaqə itib.
Bizim.Media