Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) beynəlxalq maliyyə təşkilatının əməkdaşı, diplomat statuslu Polşa vətəndaşı Eva Bokşnayderi 20 min avro rüşvət aldığı üçün saxlayıb. O, Rusiyaya spirtli içkilərin idxalı üçün saxta sənəd hazırlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.
Rusiya Xarici İşlər Nazirliyi Bokşnayderi “qəbuledilməz şəxs” elan edib.
Mənbə yazır ki, Polşa vətəndaşına bir həftə ərzində Rusiya ərazisini tərk etmək təklif olunub.
Bizim.Media