İlham Əliyevdən Göyçə gölü ilə bağlı AÇIQLAMA: “Gözümüzün önündədir” - VİDEO

“13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə səsləndirib.

“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir”, deyə o vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Zəngəzur dəhlizi ilə Ermənistana XƏBƏRDARLIQ etdi


Azərbaycan Prezidenti bütün bunların reallıq olduğunu qeyd edib:

“Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.

Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər.
Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

End of content

No more pages to load

RADİO