"Barselona" və "Real Madrid" komandaları arasındakı "El-Klasiko"ların birində "Kamp Nou"da terror aktı planlaşdırılıbmış.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, dron vasitəsi ilə partlayıcı maddədən istifadə etmək istəyən Məhəmməd Yasin Amrani saxlanılıb və o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edilib ki ki, prokurorlar əvvəlcə Amraninin terror təşkilatı ilə əlaqəsinə görə 9 il həbs olunmasını istəyib. O, 2020-ci ildən etibarən radikallaşmağa başlayıb. Prokurorlar planlaşdırılan hücumlar barədə onun onlayn fəaliyyətindən xəbərdar olub.
Qeyd edək ki, "Kamp Nou" "Barselona"nın ev oyunlarını keçirdiyi futbol məbədidir.
Bizim.Media