Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,44% artaraq 83 594,94 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,60% ucuzlaşıb, son 30 gündə isə 7,77% bahalaşıb.
“Ethereum” 0,09% bahalaşaraq 2 507,84 dollara, BNB 0,19% artaraq 744,11 dollara, “Zcash” isə 4,26% yüksələrək 1 265,29 dollara çatıb.
Bizim.Media