Almaniya bu gün İrəvana növbəti — ilin əvvəlindən bəri sayca altıncı — deportasiya reysini həyata keçirib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, sözügedən təyyarə ilə Almaniyadan çıxarılan Ermənistan vətəndaşları ölkələrinə qaytarılıb.
Qeyd olunur ki, Ermənistan hakimiyyəti digər ölkələrdən deportasiya edilən vətəndaşların sayı və təşkil olunan xüsusi reyslər barədə rəsmi statistikaları ictimaiyyətə təqdim etməkdən imtina edir.
Məlumat üçün bildirək ki, Almaniyadan Ermənistana analoji miqrant reysi bundan əvvəl sentyabr ayında gerçəkləşdirilmişdi.
Bizim.Media