Fərəc Quliyev: "Belələri ilə masada oturmağa dəyməz..."

“Bunlar Azərbaycançılıq və Vətənçilik təfəkküründən yox, başqa dövlətlərin, düşüncələrinin ölkəmizə sirayət etməsində baltaya sap olanlardır”x9d

“Öz xoşbəxtlikləri, mənafelərini, maraqlarını başqa dövlətlərin Azərbaycandakı maraqları içərisində axtarırlar”x9d


Ötən ilin sonlarından başlanan iqtidar-müxalifət dialoquna qatılmayan bəzi siyasi dairələr ciddi cəhdlə bu dialoqa kölgə salmağa çalışırlar. İlkin mərhələdə təsis etdikləri mətbu orqanlardsa antitəbliğat aparan həmin siyasilər indi də kütləvi aksiyalar təşkil etməklə iqtidar-müxalifət dialoquna əngəl törətməyə cəhd edirlər. Elə Milli Şuranın yaxın günlərə təyin etdiyi etiraz aksiyasını da buna örnək göstərmək olar. Bəs görəsən digər siyasi təşkilatlar bu barədə nə düşünür? Ümumiyyətlə, indiki məqamda kütləvi aksiyalara ehtiyac varmı? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə müsahibədə bu məsələlərə aydınlıq gətirdik. O, “OLAYLAR”x9d-a verdiyi müsahibədə rəhbərlik etdiyi partiyanın seçki hazırlıqları barədə də danışıb.

-Fərəc bəy, Milli Dirçəliş Hərəkatı Partiyası parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür və yerlərdə seçkiyə hasırlıq prosesi necə həyata keçirilir?

-Milli Dirçəliş Hərəkatı Partiyasının seçki hazırlıqları bir seçki başa çatdıqdan sonra dərhal başlayır. Əslində bütün partiyalar məsələyə belə baxmalıdır. Hər bir partiya hakimiyyətə seçki yolu ilə gəlməyi düşünməlidir. Bunun üçün də Azərbaycanda demokratik təsisatlar, qanunlar var. Biz partiya olaraq bələdiyyə seçkilərində iştirak etdik və parlament seçkilərinə də hazırlaşırıq. Əgər proporsional və majoritar sistemin tətbiqi olarsa biz namizədlərimizi parlament seçkilərində partiya siyahısı ilə müəyyənləşdirəcəyik. Mojaritar sistem qalacaqsa yerlərdən ictimai rəyə əsasən lider olan nümayəndələrimizin namizədliklərinin irəli sürülməsi haqqında düşünürük. Elə seçki dairələri olacaq ki, orada biz partiya olaraq bitərəf adamları, ictimaiyyətdə tanınmış və bizim düşüncəni daşıyan insanlara dəstək verə bilərik. Prinsipimiz bundan ibarətdir. Ümumiyyətlə isə, seçkiyə hazırlıq dövrü üçün artıq indidən nümayəndələrimizin müəyyənləşdirilməsi mərhələsini həyata keçiririk. Hesab edirəm ki, bu dəfəki uğurumuz daha ciddi ola bilər. Hazırda partiyamız parlamentdə bir nümayəndə ilə təmsil olunur. Hesab edirəm ki, seçkiyə normal hazırlaşıb parlamentdəki nümayəndələrimizin sayını artırmaq imkanına malikik.

-Ötən ildən keçirilən iqtidar-müxalifət dialoqu iki düşərgə arasında uzun müddət hökm sürən sərin münasibətlərə bir istilik qatacaqmı?

-Bundan sonra hansı nəticənin əldə edilməsindən asılı olmayaraq bir masa ətrafında oturmaq özü ciddi bir nəticədir. Ölkədə artıq cəmiyyətin də tələbi ondan ibarət idi ki, qütbləşmədən imtina edib vahid mövqeyə gəlmək lazımdır. Həmçinin ən yaxşı fikirləri toplayıb ortaq fikir məcmusunu tətbiq etmək və istənilən problemlə bağlı vəziyyətdən çıxmaq vacibdir. Düşünürəm ki, ən prinsipial, xüsusilə milli məsələlər, Qarabağ probleminin həlli ilə bağlı məsələdə müxalifətdə və iqtidarda olan təşkilatların baxışları fərqli deyil. Ümumiyyətlə, Azərbaycanın inkişafı ilə bağlı düşüncələrdə ciddi fərq yoxdur. Əlbəttə ki, ideologiyalar, yanaşmalar fərqli ola bilər. Amma ideya olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkəmizin qüdrətlənməsi yolunda kimsə fərqli mövqe tutmaz. Ən azından bu prinsipləri daşıyanlar bir masa ətrafına gəldilər. Düşünürəm ki, həm prezidentin iradəsini ifadə edən hörmətli Əli Həsənov cənablarının çox mütərəqqi çağırışları və baxışları oldu, həm də çox konstruktiv təkliflərlə çıxış etdi. Dialoqun davam etdirilməsi ilə bağlı format haqqında ortaq məxrəcə gəlindi. Eyni zamanda predmetlərdən hansının daha tez müzakirəyə çıxarılmasının təfsilatını müəyyənləşdirə bildik. Elə bir məsələ olmadı ki, həmin görüşlərdə toxunulmasın. Həmçinin heç bir məsələdə də ziddiyət yox idi. Əsas olan odur ki, prinsip etibarilə ortaq mövqeyə gəlməkdir. Razılaşdırıldı ki, 1,5-2 ay müddətində görüşlər keçirilsin və ona qədər də hazırlıq görülsün. Mən bunun çox əhəmiyyətli bir tədbir olduğunu düşünürəm və ümid edirəm ki, bu axarlıq olacaq və intensivliyi kəsilməyəcək. Eyni zamanda çox xeyirli olacaq. Azərbaycan cəmiyyətində də bir masa ətrafında oturmaq və mükalimələrin başlanması da rəğbətlə qarşılandı. Ümid edirəm ki, sonuc millətimizin xeyrinə olacaq.

-Bu arada müxalifətin Milli Şura adlanan qurumunun yaxın vaxtlara kütləvi etiraz aksiyası təyin etməsi sizcə iqtidar-müxalifət münasibətlərinə zərbə vurmağa hesablanmayıb?

-Televiziyada çıxışım zamanı da bildirdim ki, burada iki tərəf var. Əslində söhbət hansısa düşüncə sisteminin tətbiqindən gedir. Biz millət olaraq 3 prinsiplə bir araya gələ bilərik. Ya lider, ya partiya, ya da düşüncə ətrafında. Düşüncə olaraq Azərbaycançılıq və vətənçilik düşüncəsi ətrafında hamı bir masa ətrafına toplanırsa bu prosesdən özünü tutanlar kənar dövlətlərin layihələri təmərgüzləşənlər bu dialoqa kölgə salırlar. Hesab edirəm ki, belələri ilə masada oturmağa dəyməz. Çünki düşünülmüş şəkildə bilirlər ki, Milli Şura xarici dövlətlər tərəfindən Azərbaycana balta çalmaq üçün yaradılıb. Belə vəziyyətdə aydındır ki, bunlar Azərbaycançılıq və Vətənçilik təfəkküründən yox, başqa dövlətlərin, düşüncələrinin ölkəmizə sirayət etməsində baltaya sap olanlardır. Onlar öz xoşbəxtlikləri, mənafelərini, maraqlarını başqa dövlətlərin Azərbaycandakı maraqları içərisində axtarırlar. Onlarla bir masa ətrafında oturmaq yox, həmin insanları Azərbaycan cəmiyyətinə təsirlərindən azad etmək, kənarlaşdırmaq lazımdır. Düşünürəm ki, belələrinin ifşa olunması, hətta cəzalandırılması çox məqbuldur. Çünki dialoqdan bu gün bu formada geri çəkilmək təkcə hökumətlə münasibətlər sisteminə deyil, həmçinin Azərbaycan prinsiplərinə arxa çevirməkdir. Ona görə də bunu açıq şəkildə ictimai qınağa verməyi bacarmalıyıq. Bildirməliyik ki, bu adamlar ya ağalarının ipindən qopub milli məfkurənin yanına gəlməli, ya da əks tərəfdə dayanıblarsa təpkimizi görməlidirlər. Açığı onlara olan çağırışları qəbul etmirəm ki, mütləq gəlin danışaq. Əgər onlar Azərbaycanı gözdən salmaq üçün tədbirlər görəcəklərsə, dialoqa kölgə salmaq istiqamətində fəaliyyət göstərəcəklərsə bu da başa düşüləndir. Etiraf olunmalıdır ki, onlar nəinki Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmurlar, hətta təşkilatlarının daxilində belə onlara qarşı ciddi şəkildə təpkilər var. Hesab edirəm ki, bu təpkilər daha da böyüyəcək. Çünki ağıllı adamlar başa düşürlər ki, dialoqa alternativ yoxdur. İstənilən bir davadan, küçədə səs-küy salmaqdan bir masa ətrafında fikirlər səsləndirmək, müzakirə aparmaq daha faydalıdır. Yox, əgər bunu bilə-bilə, düşünülmüş şəkildə edirlərsə bu artıq məqsədlidir və o, deməkdir ki, bu onların iradəsi deyil. Bu Azərbaycanı qarışdırmaq üçün kimlərinsə maşası olmağa razılıq verməkdir. Bunun başqa adı yoxdur.


Süleyman

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO

Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

Dubayda milyarderlər və krallar qapalı şam yeməklərini kimə sifariş edirlər?

Dubayda milyarderlər və krallar qapalı şam yeməklərini kimə sifariş edirlər?

Putin Lukaşenko ilə Zelenskinin bəyanatlarını müzakirə edəcək

Putin Lukaşenko ilə Zelenskinin bəyanatlarını müzakirə edəcək

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Qadınlar nə zaman daha çox yeyirlər? – SƏBƏBİ AÇIQLANDI

Qadınlar nə zaman daha çox yeyirlər? – SƏBƏBİ AÇIQLANDI

DÇ-2026: Əlcəzair yığmasından möhtəşəm geridönüş - VİDEO

DÇ-2026: Əlcəzair yığmasından möhtəşəm geridönüş - VİDEO

Ev tikintisi şirkətləri, yoxsa fərdi ustalar? - Sərfəli variant bu imiş...

Ev tikintisi şirkətləri, yoxsa fərdi ustalar? - Sərfəli variant bu imiş...

40 milyard avroluq imperiyada ailədaxili DAVA

40 milyard avroluq imperiyada ailədaxili DAVA

Trampdan “Ford” və “General Motors”la bağlı AÇIQLAMA

Trampdan “Ford” və “General Motors”la bağlı AÇIQLAMA

7 ildən sonra baş verdi – 4 bürcün həyatı dəyişəcək

7 ildən sonra baş verdi – 4 bürcün həyatı dəyişəcək

Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI

Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI

İstefadan sonra göz yaşları içində arvadını qucaqladı - Video

İstefadan sonra göz yaşları içində arvadını qucaqladı - Video

Dövlət qulluğu: peşəkarlıq, məsuliyyət və xalqa xidmət missiyası

Dövlət qulluğu: peşəkarlıq, məsuliyyət və xalqa xidmət missiyası

Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Direktorun 98 minini ələ keçirən şəxslər YENİDƏN məhkəmə qarşısında

Direktorun 98 minini ələ keçirən şəxslər YENİDƏN məhkəmə qarşısında

Qələbəni belə qeyd etdi - Foto

Qələbəni belə qeyd etdi - Foto

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

Bu ərazilərdə qaz kəsiləcək - SİYAHI

Bu ərazilərdə qaz kəsiləcək - SİYAHI

Bakı sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Bakı sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

"Bitcoin"in qiyməti 64 min dollara çatdı

"Bitcoin"in qiyməti 64 min dollara çatdı

Ömrünü başa vuran KİTABLAR – Onları hansı aqibət gözləyir?

Ömrünü başa vuran KİTABLAR – Onları hansı aqibət gözləyir?

Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik”

Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik”

Sumqayıtda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Sumqayıtda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO