Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə dörd nəfər batıb.
Bizim.Media xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti suda tapılıb, çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batan dördüncü şəxs - 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir.
Fotoda: Elnur Əbdülov
Fotoda: Elmar Əbdülov
Fotoda: Pərviz Məcidov
Fotoda: Namiq Əzimov
Bizim.Media