Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə dörd nəfər batıb.
Bizim.Media xəbər verir ki, onların çimərlikdən lentə alınan son kadrları sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə gənclərin dəniz sahilində birlikdə vaxt keçirdikləri əks olunub.
Qeyd edək ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti suda tapılıb, çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam edir.
Bizim.Media