Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən ayrılarkən kövrək anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, vida çıxışı zamanı ailəsindən danışan siyasətçi duyğularını gizlədə bilməyib.
O, həyat yoldaşı və övladlarına minnətdarlığını ifadə edərkən səsinin titrədiyi, hətta göz yaşlarına hakim ola bilmədiyi müşahidə olunub.
Starmer bildirib ki, bundan sonrakı mərhələdə əsas diqqətini ailəsinə yönəldəcək:
“İndi həyatımın ən vacib sahəsinə daha çox vaxt ayırmaq istəyirəm. Möhtəşəm həyat yoldaşım Vik üçün yaxşı ər, ən böyük qürur mənbəyim olan övladlarım üçün isə ən yaxşı ata olmağa çalışacağam”.
Çıxışını başa vurduqdan sonra o, həyat yoldaşını qucaqlayıb. Həmin emosional kadrlar sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Böyük Britaniyanın Baş nazir Kir Starmer dünən istefa verib. O, yeni Baş nazir seçilənədək vəzifəsinin icrasına davam edəcək.
Bizim.Media