Direktorun 98 minini ələ keçirən şəxslər YENİDƏN məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirləndirilən Hökumə Əliyeva, Könül Əliyeva, Hicran Süleymanova və Aydın Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Natiq Kərimov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqə yaradaraq, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədi güdüb.

Belə ki, zərərçəkmiş Əzizə Abdıyeva 2021-ci ilin dekabr ayında Bakı şəhərində təqsirləndirilən şəxsə müraciət edərək, onun təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyi Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərilməsini xahiş edib. Natiq Kərimov isə qabaqcadan əlbir olduğu Hökumə Əliyeva, Könül Əliyeva, Hicran Süleymanova və Aydın Cəfərov ilə birlikdə aralarında yaranmış cinayətkar razılaşma əsasında Əzizə Abdıyevanı aldadaraq ona yalan vəd verib.

Bu məqsədlə Natiq Kərimov əvvəlcə zərərçəkmişin 2008-ci il tarixli Dövlət Attestasiya Komissiyasının qərarı əsasında verildiyi iddia olunan, lakin hüquqi əsası olmadığı müəyyən edilmiş diplomun guya etibarlı sayılmasına nail olacağını bildirib. O, həqiqətdə mümkün olmayan bu prosesi həyata keçirə biləcəyi barədə yalan təsəvvür yaradaraq, səlahiyyətli şəxslərin köməyi ilə həm diplomun mərkəzləşdirilmiş elektron sistemə daxil edilərək “etibarlı” hesab edilməsinə, həm də Əzizə Abdıyevanın müsabiqədən kənar qaydada təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmasına şərait yaradacağını vəd edib.

Təqsirləndirilən şəxs bunun müqabilində zərərçəkmişdən rüşvət qismində pul tələb edərək ona bu proseslərin yalnız məsul vəzifəli şəxslərə verilməli olan ümumilikdə 98 000 manat məbləğində pul vəsaiti ilə mümkün olacağını bildirib. Aldadılan zərərçəkmiş şəxs yaranmış yalan təsəvvürə inanaraq razılıq verib.

Beləliklə, 2021-ci ilin dekabrından 2022-ci ilin fevralınadək zərərçəkmiş şəxs ümumilikdə 98 000 manat məbləğində pul vəsaitini Natiq Kərimova və vasitəçilər (Elsevər Usubov və digərləri) üzərindən təqdim edib.

Təqsirləndirilən şəxs və onun əlbir olduğu qrup isə həmin pul vəsaitini ələ keçirərək öz aralarında bölüb və şəxsi ehtiyaclarına sərf edib, vəd edilən heç bir hərəkəti yerinə yetirməyib.

Xatırladaq ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ildən 5 ilə endirilib. Natiq Kərimovun həbsdə olduğu 1 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki, Mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

End of content

No more pages to load

RADİO