Türkiyəli tanınmış jurnalist Erdem Atay Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycan məktəblərində vahid formanın tətbiqi ilə bağlı fikirlərini sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, o youtube kanalında bu barədə fikirlərini bölüşüb.
Erdem Atay Oktay Saralın Azərbaycanı hədəf alan sitatını oxuyub:
“Oqtay Saral deyir ki, Azərbaycanda hicablı şagirdlərin təhsil haqqının əngəllənməsi qəbuledilməzdir! Birincisi, bundan sənə nə?! Məsələn, İlham Əliyev desə ki, “Türkiyədə hicablı hakimlərin, polislərin, əsgərlərin olması qəbuledilməzdir”, nə deyərsən?
Amma biz Azərbaycanın daxili işlərinə müdaxilə edirik. Burada hicab məsələsini tənqid edənlərin hamısı başqa şəxslərə çalışır. Oktay bəy, madam ki, bu qədər düşüncəlisiniz, Əfqanıstanla bağlı da danışın. Orada qız uşaqlarını məktəbə göndərmirlər. Əfqanıstanla da dostuq, buyurun danışın. Niyə onlara heç nə demirsiz? Qardaşımız Pakistan bizim qədim dostlarımızdan biridir. Eyni problem Pakistanda da var. Niyə Pakistanda yaşananlarla bağlı bir cümlə belə səsləndirmirsiz?
Niyə Azərbaycan haqqında danışırsınız? Kimə qulluq etdiyinizin fərqindəsiniz? İnsan olaraq bu məsələyə münasibət bildirə bilərsən, amma sən Türkiyə Prezidentinin Baş müşaviri olaraq bu məsələyə fikir bildirdiyin andan etibarən kimə qulluq etdiyini düşünmək məcburiyyətindəsən. Bunu hamımız düşünməliyik.
Mənim bildiyim bir şey var: Türkiyə və Azərbaycan qardaşdır. Bu hər zaman belə olacaq”.
Erdem Atay Azərbaycanın İstanbuldakı Baş konsulluğunun qarşısında etiraz aksiyası keçirənləri də tənqid edib:
“Siz necə həssas insanlar imişsiniz. Ölkəmizdə o qədər hüquq pozuntuları, rəzilliklər olur, ağzınızı açıb bir cümlə demirsiniz, indi hicab məsələsində küçələrə çıxırsınız? Gedin İsrailə, Qəzzada hələ də savaş davam edir, orada da hicablı bacılarımızı öldürürlər”.
Daha ətraflı videoda:
Bizim.Media