Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.

Bizim.Media-nın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.
 

"Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.


Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik milli-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.

Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.

Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır", - bəyanatda qeyd olunub.
 

Vurğulanıb ki, hibrid təhdid aktorları "hesablama propaqandası" metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər:


"Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları "əks-səda kameraları" effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.

Bundan əlavə, "filtr qabarcıqları" mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.

Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.

Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, Qalib Xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymamış, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləmiş, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.

Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.

Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

BMT-dən süni intellektlə bağlı ölkələrə XƏBƏRDARLIQ

BMT-dən süni intellektlə bağlı ölkələrə XƏBƏRDARLIQ

Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

İstanbul boğazının rəngi dəyişdi – VİDEO

İstanbul boğazının rəngi dəyişdi – VİDEO

Erməni faşizminin cəzasız qalan rəhbərləri və Azərbaycanın ƏDALƏT DƏRSİ

Erməni faşizminin cəzasız qalan rəhbərləri və Azərbaycanın ƏDALƏT DƏRSİ

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək

Hesablama Palatasının strukturu DƏYİŞİR

Hesablama Palatasının strukturu DƏYİŞİR

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarından Prezidentə MÜRACİƏT

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarından Prezidentə MÜRACİƏT

İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə

İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

End of content

No more pages to load

RADİO