Tehran səmasındakı sirli işıqlar Xəzər mistikasını yenidən gündəmə gətirdi – UNO-lar 50 illik fasilədən “oyanıb” – VİDEO

İranda təxminən 50 ildən sonra yenidən UNO görüntülərinin yayılması, insanların yadplanetlilərə olan marağını yenidən “göyə qaldırıb”. Tehran səmasında peyda olan naməlum obyekt sosial şəbəkələrdə bir anda gündəmin əsas mövzularından birinə çevrilib. Kimisi bunun adi bir dron olduğunu düşünür, kimisi isə söhbəti bir qədər də uzağa apararaq yadplanetliləri və hətta Xəzər dənizindəki sirli “bazaları” gündəmə gətirir.

Yeri gəlmişkən, görüntülər təkcə sosial platforma səviyyəsində qalmayıb, dünyaca məşhur Əl-Cəzirə və Reuters media nəhəngləri də məsələni araşdırmağa çalışıblar. Görüntünün dəqiq nə olduğu hələ müəyyən edilməyib; İran rəsmiləri də obyektlə bağlı açıqlama verməyiblər.

Videonun UNO kimi təqdim edilməsi isə mübahisəlidir, onun konkret olaraq yadplanetli mənşəli olduğunu göstərmir. Mütəxəssislər deyirlər ki, bu, dron və ya hər hansı işıqlı uçurtma da ola bilər.

İstər-istəməz məşhur film replikamız yada düşür: “O əjdahadan bizdə niyə yoxdur?” Həqiqətən də Azərbaycanda sonuncu dəfə nə vaxt UNO görünüb?

Sonuncu dəfə naməlum obyektlər xalqımızı ötən ilin 21 yanvarında “sevindirib”. Həmin gün Azərbaycanın müxtəlif yerlərindən — Bakı, Gəncə, Daşkəsən və Şəmkir səmada qəribə, işıqlı obyektin görüntüləri yayılmışdı. Məlumata görə, obyekt təxminən bir saat müşahidə olunmuşdu. Buna qədər isə 2024-cü ilin sentyabrında Sumqayıtda, oktyabrında isə Bakı səmasında peyda olublar. Bundan 10 il öncə isə Hövsanada Xəzərin üstündən sahilə doğkru sürətlə gələn və təxminən 1 dəqiqə boyu görünən obyekt də maraq mövzusu olmuşdu.

Ümumiyyətlə, yadplanetlilər mövzusu həmişə öz aktuallığı ilə diqqət mərkəzində olub. Azərbaycan, xüsusən də Xəzər regionu yadplanetlilərin əsas “oylağı” kimi tanınıb.

Əgər belədirsə, yadplanetlilər Xəzər dənizini niyə özlərinə məskən seçiblər? Doğrudanmı Xəzərin dərinliklərində yadplanetlilərin gizli məskəni var?
 

Ufoloq Fuad Qasımovun dediyinə görə, Azərbaycanda əsasən Abşeron (Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi) sahillərinə yaxın UNO-ların özlərini ələ verdiyi yerlərdir. Hətta ufoloq 1999-cu ilin iyun ayında belə bir sensasion məlumat yaymışdı ki, Bakı buxtasında naməlum obyekt qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. Lakin bu iddianı təsdiqləyən elmi və ya rəsmi sübut yoxdur.


Burada daha maraqlı bir detal var. Sovet dövründə də Xəzər ətrafında naməlum uçan obyektlər barədə məlumatlar yayılıb. 1984-cü ildə Xəzər sərhədi yaxınlığında sovet pilotlarının naməlum obyektin arxasınca getdiyi barədə hesabat var. Məlumata görə, obyekt manevrlər edib və sonda dənizə doğru uzaqlaşıb. Hətta Azərbaycanda 1955-ci ilə aid iki hadisə göstərilir; onlardan biri birbaşa “Caspian Coast Triangle” adı ilə  Enigma (müstəqil xarici sayt) arxivində qeyd olunub. Amma UNO-ların Xəzərdə yadplanetli baza olduğuna dair etibarlı sübut yoxdur.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Yanan köşkdən 58 yaşlı kişinin meyiti TAPILDI

Yanan köşkdən 58 yaşlı kişinin meyiti TAPILDI

İnsanları diri-diri kəsməyin qarşısını alan vasitə – 180 ildir alimlər sirrini tapa bilmir

İnsanları diri-diri kəsməyin qarşısını alan vasitə – 180 ildir alimlər sirrini tapa bilmir

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

End of content

No more pages to load

RADİO