DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.
Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar quraşdırılıb.
“A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.
Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.
Bizim.Media