Londonda sığortasız nəqliyyat vasitələrinə qarşı keçirilən reydlər zamanı iki gün ərzində 90 avtomobil müsadirə edilib.
Bizim.Media xəbər verir ki, onların arasında Dubayda qeydiyyatda olan və qiyməti 420 milyon rubldan çox olan nadir Ferrari Monza SP2 də olub.
Avtomobil Britaniyada cəmi bir gün qaldıqdan sonra sükan arxasında müvəqqəti sürücülük vəsiqəsi olan şəxsin olması səbəbilə müsadirə edilib.
Müsadirədən sonra polis əməkdaşlarından biri avtomobillə gəzərək onun görüntülərini çəkib. Dünyada bu modeldən cəmi 500 ədəd istehsal edilib.
Bizim.Media