Kembric Universitetinin ən gənc professoru kimi tanınan, sonradan plagiat və yalan məlumatlara görə işdən çıxarılan Neyt Ardey Londondakı evində ölü tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian London polisinə istinadən məlumat yayıb. Ölümün səbəbi açıqlanmayıb, polis hadisədə cinayət əlaməti görmədiyini bildirib.
Sosiologiya üzrə dərs deyən Ardey şəxsi həyatı və nailiyyətləri barədə çoxsaylı qeyri-adi iddialarla çıxış edirdi. Lakin jurnalistlərin araşdırması nəticəsində onun bəzi hekayələrinin şişirdildiyi, doktorluq dissertasiyası və kitablarında isə başqa tədqiqatlardan köçürülmüş materialların olduğu ortaya çıxmışdı.
Bundan sonra universitet professorla əməkdaşlığı dayandırıb. O, işdən çıxarıldıqdan sonra sosial şəbəkələrdə ciddi tənqidlərlə üzləşmişdi.
Bizim.Media