Ukraynanın Poltava vilayətində kritik infrastruktur obyektinə endirilən zərbə nəticəsində təhlükəli kimyəvi maddənin sızması qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mürəkkəb şəraitə baxmayaraq, kimyəvi mühafizə üzrə mütəxəssislər zədələnmiş çənləri və sızma mənbələrini hermetik şəkildə bağlamağa nail olublar.
Qurumun açıqlamasına görə, xilasedicilərin operativ müdaxiləsi nəticəsində təhlükə tam aradan qaldırılıb və obyektdə işlərin təhlükəsiz şəkildə davam etdirilməsi mümkün olub.


Bizim.Media