Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə qısa söhbət ediblər.
Bizim.Media xəbər verir ki, iki lider Ağ Evin dəhlizində baş tutan qısa görüş zamanı təhlükəsizlik sahəsindəki çağırışları, silah tədarükünü, həmçinin İran və Rusiyadan qaynaqlanan ümumi geosiyasi təhdidləri müzakirə ediblər.
Görüşün təfərrüatları açıqlanmasa da, tərəflərin regional və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqları bildirilir.
Bizim.Media