Valideynlər üçün yeni DƏSTƏK - Autizm portalı fəaliyyətə başlayıb

Autizmli şəxslər və onların ailələri üçün nəzərdə tutulan yeni məlumat platforması – Autizm portalı fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, "Birgə və Sağlam" İctimai Birliyi 2013-cü ildə autizmli şəxslərin və digər həssas qrupların cəmiyyətə inklüziv inteqrasiyasını, keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını dəstəkləmək məqsədilə təsis edilib.
 
Fəaliyyət göstərdiyi müddətdə Birlik Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə autizm sahəsində mühüm nailiyyətlər əldə edib. 2021-ci il 30 dekabr tarixində yeni Autizm Mərkəzinin açılışı Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub və mərkəzin idarəetməsi Birliyə həvalə edilib.

Bu günədək Birliyin mərkəzlərində yüzlərlə autizmli şəxsə beynəlxalq standartlara uyğun xüsusi təhsil xidmətləri göstərilmiş, PCDI modeli əsasında Tətbiqi Davranış Analizi (ABA) metodikası tətbiq edilib. Eyni zamanda yüzə yaxın mütəxəssis və könüllü hazırlanmış, minə yaxın ali təhsil tələbəsi və yüzlərlə valideyn üçün maarifləndirmə proqramları təşkil edilib. Birliyin fəaliyyəti müxtəlif dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Bu fəaliyyətlərin davamı olaraq, Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşlarının "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə həyata keçirdiyi "Autizmli şəxslərə fürsətlər yaratmaq" sosial layihəsi çərçivəsində yaradılıb. Portalın əsas məqsədi autizm sahəsində etibarlı və müasir məlumatlara çıxışı asanlaşdırmaq, mütəxəssisləri, valideynləri və bu sahə ilə maraqlanan bütün şəxsləri Azərbaycan dilində keyfiyyətli resurslarla təmin etməkdir.
 
Portal, başda autizm olmaqla, Daun sindromu və ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələr üçün övladlarının dil, ünsiyyət və öyrənmə bacarıqlarını ev şəraitində inkişaf etdirməyə kömək edən praktik təlim materialları təqdim edir. Burada mürəkkəb metodikalar ailələrin gündəlik istifadəsinə uyğun sadələşdirilmiş formada hazırlanmış, video və yazılı resurslarla dəstəklənmişdir.

Portalın "Autizm haqqında" bölməsində autizmin mahiyyəti, erkən əlamətləri, diaqnostika və digər mövzular barədə ətraflı məlumatlar video və yazılı materiallar vasitəsilə təqdim olunur. Təlim Proqramları bölməsində isə on müxtəlif istiqamət üzrə hazırlanmış resurslar autizmli uşaqlara gündəlik həyat, ünsiyyət və öyrənmə bacarıqlarının praktik şəkildə öyrədilməsinə dəstək verir. Bütün materialların həm video, həm də mətn formatında təqdim edilməsi onların daha rahat mənimsənilməsinə və praktik tətbiqinə imkan yaradır.
 
Portalın inkişafı çərçivəsində 2025-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Evdə Təhsilə Cəlb Olunan Xüsusi Qayğıya Ehtiyacı Olan Şagirdlərin və Onların Ailələrinin Dəstəklənməsi" layihəsi əsasında Evdə Təhsil Resurs Mərkəzi istifadəyə verilib.

Resurs Mərkəzi evdə təhsil prosesini dəstəkləyən metodik materialları video və PDF formatında istifadəçilərə təqdim edir. Burada motivasiya sistemləri, davranış kontraktları, Touch Math xüsusi riyazi hesablama üsulu, fəaliyyət cədvəlləri, fürsət tədris metodu və digər praktik mövzular üzrə hazırlanmış resurslar ailələrin, müəllimlərin və mütəxəssislərin gündəlik fəaliyyətində istifadə edə biləcəyi formada təqdim olunur. Video və yazılı materialların birlikdə təqdim edilməsi öyrənmə prosesini asanlaşdırır və biliklərin praktik tətbiqini dəstəkləyir.

Bu gün Autizm Portalı autizm sahəsində Azərbaycan dilində ən geniş rəqəmsal resurslardan biri olaraq mütəxəssislərin, müəllimlərin və valideynlərin bilik və bacarıqlarının artırılmasına, ailələrin düzgün istiqamətləndirilməsinə və inklüziv təhsilin inkişafına töhfə verməyə davam edir.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO