Bu ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda bildirib.
"Ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduğu ilk beş ölkənin sırasına Rusiya Federasiyası, Türkiyə Respublikası, Gürcüstan, İran İslam Respublikası və Qazaxıstan Respublikası daxildir". - deyə Xidmət rəsmisi vurğulayıb.
Günay Şahmar, Bizim.Media