Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara və əcnəbilərə təqdim olunan xidmətlərin böyük hissəsi elektronlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda məlumat verilib.
Bildirilib ki, hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən 27 xidmət elektronlaşdırılıb. Elektronlaşmayan xidmət isə qaçqın statusu ilə bağlıdır.
Məlumata görə, 22 xidmət ASAN Xidmət mərkəzlərində təqdim olunur. Bundan əlavə, göstərilən xidmətlərin 16-sı ödənişsiz əsaslarla həyata keçirilir.
Günay Şahmar, Bizim.Media