Sosial şəbəkələrdə Krımda çəkildiyi iddia olunan görüntülər yayılıb. Kadrlarda yarımadada infrastrukturun fəaliyyətində ciddi problemlərin yarandığı, nəqliyyatın iflic olduğu və bəzi sakinlərin ərazini tərk etdiyi iddia edilir.
Bizim.Media xəbər verir ki, videoda danışan şəxs bölgədə elektrik, yanacaq və su təminatında ciddi çətinliklərin yaşandığını bildirib.
“Bütün avtomobillər dayanıb. Nəqliyyat demək olar ki, işləmir. Benzin yoxdur, elektrik yoxdur. Eşitdiyiniz səs generatorundur.
İnsanlar elektrik əldə etmək üçün generatorlardan istifadə edirlər. Mağazalar bağlanıb, banklar fəaliyyət göstərmir. Ümumiyyətlə, heç nə işləmir. Su da yoxdur”, – deyə videoda qeyd olunub.
Bizim.Media