Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının (ADY) hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb. Bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

Bəs hadisələri törədən şəxslərin hər biri müəyyən edilərək məsuliyyətə cəlb olunubmu? Belə halların qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülür?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hərəkətdə olan sərnişin qatarlarına müxtəlif vaxtlarda daş atılması faktları ilə bağlı polis orqanları tərəfindən araşdırmalar aparılıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Məlumata görə, cari ilin 6 ayı ərzində hərəkətdə olan sərnişin qatarlarına daş atılması ilə bağlı 22 fakt qeydə alınıb. Onlardan 10-u üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb. Araşdırmalarla müəyyən edilib ki, hadisələrin əksəriyyəti azyaşlılar tərəfindən törədilib. Hüquqpozma törədən şəxslər və onların qanuni nümayəndələri barədə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Qeyd edilib ki, digər 12 fakt üzrə ziyan aşkarlanmadığından bu barədə aidiyyatı qurum tərəfindən polis orqanına müraciət edilməyib:

“Bir daha vətəndaşlara, xüsusilə valideynlərə müraciət edərək bildirik ki, hərəkətdə olan qatarlara daş atılması insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, eyni zamanda əmlaka ziyan vurur. Valideynlərdən uşaqları bu cür təhlükəli və hüquqazidd əməllərdən çəkindirmələri xahiş olunur”.

Xatırladaq ki, nəqliyyat ekspertləri bəzi hallarda dəmir yolu xətlərinin üzərinə kənar əşyaların, o cümlədən daşların qoyulması hallarının müşahidə olunduğunu da qeyd ediblər.

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev də bu cür hadisələrin baş verdiyini təsdiqləyərək bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir:

“ADY tərəfindən dəmir yolu xətlərinin yaxınlığında yaşayan sakinlər üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, əhaliyə çağırışlar edilir, məktəblərdə görüşlər təşkil olunur və şagirdlərə qatarlara daş atmağın yolverilməz olduğu izah edilir”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

End of content

No more pages to load

RADİO