Sinqapurda magistral yolda hərəkətdə olan yaşıl rəngli “Lamborghini Gallardo” markalı lüks idman avtomobilinin mühərrik bölməsində anidən yanğın baş verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov söndürülsə də, avtomobilə ciddi zərər dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizim.Media