Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb.

Bizim.Media “bakupost.az”a istinadla xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminən 28.000–30.000 lirə (620–670 ABŞ dolları), 2 il üçünsə təxminən 56.000–58.000 lirəyə (1.250–1.300 ABŞ dolları) qədər yüksəldilib.

Bu qərar yalnız 10 ölkəyə şamil edilməyəcək. Həmin ölkələr Türkmənistan, Fələstin, Suriya, ŞKTC, Şrilanka, Kosova, İrlandiya, Danimarka, Nepal, Cex Respublikasıdır.

Görünən odur ki, bu addımdan ən çox zərər görənlər azərbaycanlı tələbələr və iş dalınca Türkiyəyə gedənlər olacaq. Bunun baş verməməsi üçün daha yaxşı olar ki, azərbaycanlı tələbələrə xüsusi güzəşt tətbiq edilsin. Digər tərəfdən, belə böyük artım xarici tələbələrin axını baxımından Türkiyənin təhsil sisteminə ciddi zərbə olacaq.

İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu addım Azərbaycan vətəndaşlarının xərcinin hiss olunan səviyyədə artmasına səbəb olacaq:

“Vətəndaşlarımızın xərcləri təxminən 6-7 dəfə artacaq. Ukrayna və Rusiyada yaşanan vəziyyətlə bağlı olaraq hazırda Azərbaycan vətəndaşları iş dalınca daha çox Türkiyəyə üz tuturlar. Bu addım xüsusən də tələbələrimiz üçün xərc baxımından həddən artıq yük deməkdir.

Ali məktəblərin ödənişli olmasını nəzərə alsaq, onlar əlverişsiz vəziyyətə düşəcəklər. Belədə Türkiyəyə təhsil almaq üçün xaricdən gələnlərin sayında da ciddi azalmalar baş verə bilər”.

Ekspert məsələyə aydınlıq gətiriləcəyini də düşünür:

“Bir qədər gözləmək lazımdır. Həm də yaxşı olardı ki, heç olmasa azərbaycanlı tələbələrə xüsusi güzəştlər tətbiq edilsin. Yəqin ki, müvafiq qurumlar bu məsələni müzakirə edib, bir qərara gələrlər”.

Həmsöhbətimiz bununla belə, hesab etmir ki, yaranmış vəziyyətdə Türkiyəyə oxumağa və iş dalınca gedən soydaşlarımızın sayında azalmalar olacaq:

“İşsiz insanlar bütün hallarda artıq xərc çəkib yenə də iş dalınca Türkiyəyə üz tutacaqlar. Bunun başqa yolu yoxdur. Çünki alternativ tapa bilmirlər. Türkiyəyə gedənlərin sayında azalma yalnız ölkə daxilində külli miqdarda iş yerlərinin açılması fonunda baş verə bilər. Bu isə üfiqdə görünmür”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov da qeyd edir ki, bu qərarın qəbulu orada yaşayan azərbaycanlılar üçün çətinlik yaradacaq:

“Orada çalışan soydaşlarımızın əksəriyyəti aşağı gəlirli sahələrdə çalışanlardır. Onların əlavə ödənişlər etməsi maliyyə göstəricilərinə mənfi təsir etməklə yanaşı, yığım imkanlarını da məhdudlaşdıracaq”.

Bununla yanaşı, o da düşünür ki, mövcud durumun Türkiyəyə gedən soydaşlarımızın sayına ciddi təsiri olmayacaq:

“Bu da seçim imkanlarının məhdud olmasından qaynaqlanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO