Ballıca sakini: "Atam özü bu günü görməsə də, ruhu buradadır" - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Ballıca kəndinə səfər edilib.

Bizim.Media xəbər verir ki, Ballıca kəndi Xocalı şəhər mərkəzindən təxminən 10 kilometrdən bir qədər artıq məsafədə yerləşir. Ərazi əvvəllər yaylaq kimi istifadə olunub.
 

XIX əsrdən etibarən burada daimi yaşayış formalaşıb, kənd tədricən böyüyüb. İşğaldan əvvəl Ballıcada təxminən 1 100 nəfər əhali yaşayırdı. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan sakinlər bu gün doğma torpaqlarına qayıdaraq yenidən öz evlərində həyat qururlar.


Onlar bildirirlər ki, əvvəllər bir evdə toplaşar, yemək bişirər, çay dəmləyər və saatlarla söhbət edərdilər. İndi isə həmin ənənə yenidən bərpa olunub. Çünki artıq ev də var, ocaq da var, bir araya gəlməyə yer də var.

Ballıca sakinlərindən biri qayıdışın onun üçün mənəvi dəyərini belə ifadə edib:

"Atam özü bu günü görməsə də, ruhu buradadır. Elə sevinirik ki, yenidən öz yurdumuza, öz yerimizə qayıtdıq".

Veriliş çərçivəsində kəndin tarixi və təbiəti ilə bağlı da məlumat verilib. Sakin Teymur müəllim kəndin məşhur Damcılı bulağı haqqında danışıb.

Onun sözlərinə görə, vaxtilə kənddə su xətləri az olduğundan əhali əsasən təbii bulaqlardan istifadə edirdi. Qohum-əqrəba, kənd sakinləri su ehtiyacını məhz bu bulaqdan qarşılayırdı.

Teymur müəllim bildirib ki, Ballıcanın torpağı olduqca münbit olub, burada yetişən meyvə və bitkilər xüsusi dadı ilə seçilib.

Kənddə arıçılıq geniş yayılıb, istehsal olunan bal isə suyun və təbiətin keyfiyyətinə görə xüsusilə dadlı olub.

O, həmçinin qeyd edib ki, Damcılı bulağının suyu yay aylarında da sərin olur. Hətta 40 dərəcə isti havada belə bulağın ətrafında insan sərinlik hiss edir. Damcılayan su mənzərəsi isə kənd sakinləri tərəfindən təbiətin bir möcüzəsi kimi dəyərləndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

End of content

No more pages to load

RADİO