Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Fevralın 14-ü Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” Uşaq Evində ölüm hadisəsi baş verib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, yaşyarımlıq körpə Ömür Zeynovun halı qəfil pisləşib və vəfat edib.

İddiaya görə, valideyn himayəsindən məhrum olan körpənin ölümünə qızılca xəstəliyi səbəb olub.

Uşaq evinin yaşca böyük sakini bildirib ki, Ömür bir neçə gün imiş ki, soyuqlayıbmış və ona ilkin tibbi yardım elə müəssisədə göstərilib:

“O, körpəliyindən bizdə böyümüşdü. Ömür qızılcaya yoluxmuşdu, yavaş-yavaş sağalırdı, hər şey qaydasında idi. Vəziyyəti pisləşməzdən əvvəl yemək yeyirdi, uşaqlarla oynayırdı, hətta anası da yanında idi. Hadisə birdən-birə oldu, gördük ki, uşaq keçinib. Təcili tibbi yardım çağırdıq, maşında vəfat etdi. Ayrı otaqda saxlanılırdı, dərmanları, yeməyi 7/24 təmin olunurdu”.

Uşaq evinin direktoru Kazım İsmayılov da faktı təsdiqləyib və bildirib ki, hadisə baş verən an uşağın anası da orada olub:

“Təcili yardımdan deyildi ki, çağırış ünvanına gələndə uşaq dünyasını dəyişmişdi. Saturasiya göstərirdi deyə düşünüblər ki, xəstəxanaya çatdırmaq mümkün olar. Ömürün anası ilə də əlaqə saxlamışdıq. Bildirmişdik ki, körpə nasazdır. Hətta öz ifadəsi də prokurorluqda var. Xəstəxanaya yerləşdirib müalicə etdirmək istəyirdik, valideyni etiraz etsə belə, onu edəcəkdik. Sadəcə ani oldu, halı qəfil pisləşdi, dünyasını dəyişdi”.

K.İsmayılov qeyd edib ki, hadisə ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu bölməsinə müraciət olunub:

“Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 14-ü saat 13:50 radələrində mərkəzə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Neft yenidən BAHALAŞDI

Neft yenidən BAHALAŞDI

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

Yaponiyada daha bunu etmirlər: Alimlər səbəbini bilmir

Yaponiyada daha bunu etmirlər: Alimlər səbəbini bilmir

Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır

Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır

Tramp ailəsi qəribə nəzəriyyəni təkzib etdi

Tramp ailəsi qəribə nəzəriyyəni təkzib etdi

Balkon səfası edənlərə XƏBƏRDARLIQ – QAYDALAR SƏRTLƏŞİR

Balkon səfası edənlərə XƏBƏRDARLIQ – QAYDALAR SƏRTLƏŞİR

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Nikola Sarkozi şərti azadlığa buraxıldı

Nikola Sarkozi şərti azadlığa buraxıldı

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Bu gün əsl yaz havası OLACAQ

Bu gün əsl yaz havası OLACAQ

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

End of content

No more pages to load

RADİO