“Siyasətçi sevilmək üçün deyil. Anlayıram ki, işin qaydası budur. Sən irəlilədikcə, doğru addımlar atdıqca söyüləcəksən”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili, REAL partiyasının üzvü Erkin Qədirli Strasburqda Emin Millinin suallarını cavablandırarkən söyləyib.
Erkin Qədirli müsahibəsində Milli Məclisin indiki fəaliyyətinə və ümumiyyətlə millət vəkili anlayışının cəmiyyət tərəfindən necə qəbul olunmasına da toxunub.
İqtidar-müxalifət, cəmiyyət-elita məsələlərinə də münasibət bildirən millət vəkili anlayışların hələ yerinə oturmadığını deyib.
İctimaii fəal Emin Millinin Erkin Qədirli ilə söhbətinin bir hissəsini diqqətinizə təqdim edirik:
Bizim.Media