Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini qorunan dillər siyahısından çıxaran qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Rus dili Ukraynanın Xartiyanın (Milli Azlıqların Dillərinin Qorunması üzrə Avropa Xartiyası) müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb", — deyə məlumatda qeyd olunub.
Stefançuk vurğulayıb ki, bununla belə, bütün qanunlardan üstün hüquqa malik olan Ukrayna Konstitusiyası rus dilinin və digər milli azlıqların dillərinin istifadəsini və qorunmasını təmin edir.
Bizim.Media