Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Hüseynbala Əliyev küçəsindəki obyektin sahəsinin razılaşdırılmadan genişləndirilməsi faktı aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Komitənin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, nəticədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti işlərinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.

Bizim.Media