Nəvəsi Hacıbaba Hüseynovun dəfinin qiymətini 150 min dollara qaldırdı – “Biz dəfi pul üçün satmırıq”

“30 ildə bir dəfə də olsun bizimlə maraqlanmayan muzey, satıldığını eşidən kimi Hacıbaba Hüseynovun dəfinə pulsuz sahiblənmək istəyir”.

Azərbaycan Milli İncəsənət Muzeyinin ünvanına bu ittihamla Bizim.Media-ya verdiyi özəl açıqlamada mərhum xanəndə Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseynova çıxış edib. 

Fatimə xanım deyir ki, bütün saytlar Hacıbaba Hüseynovun dəfini 100 min manata satışa çıxardığımız haqqında yazıb, bu ağ yalandır, biz elə qiymət səsləndirməmişik. Nəvənin sözlərinə görə dəfi uzun illər sonra satışa çıxarmalarının səbəbi məişət qayğıları ilə bağlı deyil.
Həmçinin mərhum xanəndənin yadigar qoyduğu dəfi 150 min dollardan aşağı satmaq fikrində də deyillər:

“Dəfin satılmasını bizə ilk dəfə iranlı biznes adamı təklif etmişdi. Bizə yaxın adamımız vasitəsilə dəfi alıb İrana aparmaq istədiklərini bildirmişdilər. Biz isə ona həmin vaxt razılıq vermədik. Pandemiyadan öncə bu söhbət yenidən açıldığı zaman anam yenə də buna razı olmadı. Pandemiyadan sonra isə ailəmizdə bəzi problemlər yarandı və biz  dəfi satmaq qərarına gəldik.

Bu illər ərzində pis-yaxşı dolanmışıq. Babamın dəfini də, qoruyub saxlamışıq. 3-5 minə təklif etsəydik, deyərdim ki, dolana bilmədiyimiz üçün onu satırıq.

Yəni, biz dəfi pul üçün satmırıq, ona qoyduğumuz qiymət 150 min dollardır. Bizə kim 150 min dolları gətirib verəcəksə, biz Hacıbaba Hüseynovun dəfini ona verəcəyik. Verilməyəcəksə, Azərbaycan muğamının tarixini özündə daşıyan baba yadigarını nə hansısa bir ifaçıya, nə də muzeyə hədiyyə etmək fikrində deyilik”

Fatimə Hüseynova onu da qeyd etdi ki, Hacıbaba Hüseynovun dəfini hədiyyə olaraq əldə etmək istəyənlər arasında Azərbaycan Milli İncəsənət Muzeyi də var:

“30 ildə muzey rəhbərliyi bir dəfə də, olsun bizimlə maraqlanmayıb. İndi dəfin satıldığını eşitdikləri zaman birdən-birə əl-ayağa düşüblər. 15 gün öncə Azərbaycan İncəsənət muzeyindən Təranə adlı bir xanım bizə zəng vuraraq dəfi pulsuz olaraq muzey üçün əldə etmək istədiyini bildirdi.
Verməyəcəyimi bildirdikdə isə məni maddi hərisliyində ittiham etməyə başladı. Bəzən hər hansı səbəbdən dolayı xaricdə milyonlar müqabilində hərraca çıxarılan maddi – mədəniyyət abidələrimizə dövlətimiz tərəfindən sahib çıxılır.

Onlar alınaraq milli muzeylərimizə yerləşdirilir. Azərbaycan Milli İncəsənət Muzeyi Hacıbaba Hüseynovun dəfinə sahib çıxmaq istəyirsə, bəs niyə aləti ödəniş etmədən sahiblənmək istəyir? Unutmamaq lazımdır ki, bu dəfi ölkə xaricində hər hansı bir muzeydən əldə etmək istədikdə, indiki məbləğin iki və ya üç qatını ödəmək məcburiyyətində qalacaqlar”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - CANLI

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - CANLI

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində - FOTO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində - FOTO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Azərbaycanda əhalinin borc yükü ARTDI

Azərbaycanda əhalinin borc yükü ARTDI

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

End of content

No more pages to load

RADİO