Oktyabrın 20-də Rusiya qüvvələri Rovno vilayətində yerləşən "Epicentr" hipermarketinə bir neçə zərbə endirib.
Bizim.Media xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbələr nəticəsində genişmiqyaslı yanğın baş verib və hadisə yerinə onlarla xilasedici cəlb olunub.
Yanğınsöndürmə işləri yüksək yanma yükü (tez alışan materiallar) və Rusiyanın təkrar zərbə endirmə təhlükəsi səbəbindən çətinləşib. Təhlükəyə görə, xilasedicilər geri çəkilərək təhlükəsiz əraziyə keçməyə məcbur olublar.
Hücum nəticəsində dörd nəfər xəsarət alıb; onlardan üçü xəstəxanaya çatdırılıb.
Yanğın söndürülüb. Əməliyyata Dövlət Fövqəladə Hallar Xidmətindən ümumilikdə 46 xilasedici və 13 texnika cəlb olunub.



Bizim.Media