ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi və cəbhədəki mövcud vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Tramp Rusiyanın hərbi imkanlarına və ərazi üstünlüyünə toxunaraq bildirib:
"Rusiya daim irəliləyən nəhəng bir maşındır. Onlar çox geniş bir ərazini ələ keçiriblər. Rusiya nəhəng ölkədir, Ukrayna isə belə deyil."
O, müharibənin gedişatında ölkələrin miqyası və resurs fərqinin həlledici rol oynadığını vurğulayıb.
Bizim.Media