Bakıda yaşayış binasında yanğın olub.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər.
Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb.
Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım göstərib, bir qadın isə xəstəxanaya hosputalizasiya olunub.
Bizim.Media