Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,78% artaraq 82 702,71 ABŞ dollarına yüksəlib.
Bununla belə, kriptovalyuta son 7 gündə 1,06% ucuzlaşıb, son 30 gündə isə 1,72% bahalaşıb.
“Ethereum” 1,26% bahalaşaraq 2 442,05 dollara, BNB 1,55% artaraq 740,69 dollara, “Zcash” isə 10,29% yüksələrək 1 261,93 dollara çatıb.
Bizim.Media