Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu