Norveç sahillərində, Olesund şəhəri yaxınlığındakı fyordda iki yük gəmisi və neft tankeri toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə Norveçin NRK teleradio şirkəti məlumat yayıb.
Hadisə nəticəsində hər üç gəmi zədələnib. Gəmilərdən birində sızma qeydə alınıb.
Toqquşma zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Dənizçilər gəmilərdən təxliyə ediliblər.
İlkin məlumata görə, ətraf mühitə ziyan dəyməyib. Müvafiq qurumlar hadisənin mümkün nəticələrini qiymətləndirirlər.
Məlumata əsasən, gəmilər Niderland, Farer adaları və Norveçdən yola düşüblər.
Bizim.Media