Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb – FOTO

23 sentyabr 2026-cı il tarixində D’Art Gallery-də türk dünyasının ortaq mədəni irsinə həsr olunmuş “Birgə Rənglənən Tarix” adlı rəssamların qrup sərgisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə ərsəyə gəlib.

Hazırlıqları bir ildən çox davam edən sərgidə 15 rəssamın 26 əsəri təqdim olunub.

Kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər xüsusi çərçivələrdə, nəfis tərtibatla nümayiş etdirilib. Əsərlərdə türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər müxtəlif yaradıcı yanaşmalarla əks etdirilib. Layihənin əsas məqsədi türk dünyasının ortaq mədəni irsinin təsviri sənət vasitəsilə tanıdılması, rəssamların yaradıcılığının geniş auditoriyaya təqdim edilməsi və mədəni əlaqələrin möhkəmləndirilməsidir.
 

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Fidan Ağayeva salamlama nitqi ilə çıxış edib.


Layihə rəhbəri, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədr müavini və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin rəhbəri Çinarə Allahyarlı, həmçinin sərginin bədii rəhbəri, “ArtCoLab” Yaradıcılıq Mərkəzinin müəllimi Ülkər Məmmədli sərgiyə hazırlıq və yaradıcılıq prosesi barədə məlumat veriblər.

Mərasimdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və İlham Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, eləcə də “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Təltifetmə mərasimində rəssamlara iştirak sertifikatları ilə yanaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevanın imzaladıqları sertifikatlar təqdim olunub.

Sərginin ərsəyə gəlməsində əməyi olan şəxslər təşəkkürnamələrlə təltif ediliblər.

Sərgi sentyabrın 25-dək D’Art Gallery-də ziyarətçilər üçün açıqdır.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

End of content

No more pages to load

RADİO