Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.
 
Bizim.Media həmin nekroloqu təqdim edir:
 
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.
 
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.
 

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.


 Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.
 
Professor Tofiq Bakıxanov, eyni zamanda, yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.
 
Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.
 
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

End of content

No more pages to load

RADİO