Bu günlərdə şair-publisist İlham Qəhrəmandan götürdüyümüz müsahibədə onun Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə məhkəmə çəkişməsində qalib gəlməsindən bəhs olunurdu. Belə ki, İ.Qəhrəman son bir il ərzində müxtəlif çıxış və paylaşımlarında məlum məhkəmə prosesinin apellyasiya qərarına görə qalib gəldiyini bəyan edirdi.
MÖVZU İLƏ BAĞLI:
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəmanla MÜSAHİBƏ
Ancaq Azərbaycan Yazıçılar Birliyi bu yanaşma ilə razılaşmır. Birlikdən Bizim.Media-ya verilən açıqlamada İlham Qəhrəmanın məhkəmə prosesi ilə bağlı səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi bildirilir. Birliyin mövqeyinə görə, məhkəmə prosesi heç də İlham Qəhrəmanın təqdim etdiyi kimi onun xeyrinə nəticələnməyib. Əksinə, məhkəmə AYB-nin xeyrinə bitib.
Apellyasiya qətnaməsində İlham Qəhrəmanın AYB haqqında səsləndirdiyi bəzi fikirlərin şər və böhtan xarakterli olduğu və bunun Birliyin nüfuzuna zərər vurduğu qənaətinə gəlinib.
Qeyd edək ki, iş hazırda Sabunçu Rayon Məhkəməsində icraatdadır.

Bizim.Media