Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Avqustun 17-də dünyaşöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, Xalq rəssamı Ömər Eldarov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Xalq artisti Hacı İsmayılov və digər çıxış edənlər sənətkarın Azərbaycan və dünya musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən, bənzərsiz ifaçılıq üslubundan və zəngin yaradıcılıq irsindən söz açıblar.

Bildirilib ki, Müslüm Maqomayevin məlahətli səsi, yüksək səhnə mədəniyyəti və peşəkarlığı onu milyonlarla insanın sevimlisinə çevirib. Onun Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığı, yaradıcılığının bu gün də böyük maraq və sevgi ilə qarşılandığı vurğulanıb.

Müslüm Maqomayevin sənət irsinin Azərbaycan mədəniyyətinin qiymətli xəzinələrindən biri olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, görkəmli sənətkarın parlaq xatirəsi və yaradıcılığı gələcək nəsillər üçün də əbədi sənət məktəbi olaraq qalacaq.
 

M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğu qeyd edilib. Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.


Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 1-ci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.

M.Maqomayev 1964-cü ildə respublikanın “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

End of content

No more pages to load

RADİO