Moskvadan gələn QADAĞA - “Qatır Məmməd” filminin İLK VARİNATI harada saxlanılır?

“Qatır Məmməd” filminin birinci versiyası məzmunca daha milli idi, bu səbəbdən son anda çəkilişləri dayandırıldı və film ekrana çıxmadı. Çox istərdim ki, “Qatır Məmməd” filminin ilkin variantı bərpa olunaraq ekrana çıxarılsın”.

Bizim.Media-ya bu barədə aməkdar artist Akif Mirabov danışıb. Milli Qəhrəman atası olan Mirabov tanınmış kinorejissor Hüseyin Seyidzadənin rəhbərliyi ilə çəkilən və acı aqibətlə üz-üzə qalmış “Qatır Məmməd” filminin ilk variantında epizodik rolda çəkilib.

Əməkdar artist nağıl edir ki, ilk variant əsasən Şəkinin Qaraqoyunlu kəndində lentə alınıb. Bir qismi də Yevlaxın kəndlərində çəkilib:

“O günlərdən uzun illər keçib. Sözün açığı, bu filmlə bağlı mənə müraciət edəndə təəccübləndim. O səbəbdən ki, 70-ci illərdən sonra o film barədə nə danışan, nə də ki, yazan olmayıb. Görkəmli rejissorumuz Hüseyin Seyidzadə tərəfindən çox gözəl film ərsəyə gəlmişdi.

O filmdə Qatır Məmməd rolunu Əlabbas Qədirov, Əziz rolunu isə Fuad Poladov ifa edirdi. Məmmədxan rolunda Əfrasiyab Məmmədov, digər rollarda isə Məmmədsadıq Nuriyev, Ələddin Abbasov və digər aktyorlar çəkilmişdi. Mən də gənc aktyor kimi Mingəçevirdən filmin epizodik roluna dəvət almışdım.

Məmmədxanın oğlu roluna çəkiləcəkdim. Çəkilişlər, demək olar ki, Şəkinin Qaraqoyunlu kəndində aparılırdı. Orada həyətlərdən birini ağanın evi kimi restavrasiya etmişdilər. Orada atamla Qatır Məmmədin dialoqu vardı, mən də həyətdə birinə cəza verirdim.

Digər bir səhnədə isə axurda, yəni tövlədə atamın oğurlanmış qızılları üstə hay-küy salıb biriləri ilə dialoq qururdum. Səhv etmirəmsə, tanınmış rejissorumuz Vaqif Mustafayev də orada idi. Gənc olmasına baxmayaraq, çevikliyi və istiqanlılığı onu hər kəsə sevdirmişdi. Hətta adgünü o kənddə qeyd olundu”.

Xanabad kənd sakini, adı çəkilən filmin çəkilişlərini məktəbli dönəmlərində yaxından izləmiş aktyor Qalib İbrahimli də ilk filmdə maraqlı məqamlar olduğunu deyir:

“Mən 5-ci sinifdə oxuyurdum. Yaxşı yadımdadır, bütün kənd, mahal həm iştirakçı, həm də izləyici kimi çəkilişlərə qatılmışdı. Şəki ilə Yevlaxın indi dayandığımız kəsişmə nöqtəsində (yolun sağ tərəfindəki dərəni göstərərək) o zaman gördüyünüz dəmiryolu körpüsü yox idi.

Həmin yerdə Qatır Məmmədlə Məşədi Göyüşün dialoq qurduğu səhnə lentə alındı. Biri yamacda, biri isə yoxuşda idi. Təpəliklərə projektor və digər çəkiliş avadanlıqları düzülmüşdü. Gülövşə kəndindən yuxarı Bozdağın yamacında isə kütləvi səhnələr lentə alındı.

Ən çox yadımda qalan məqam isə Əzizin Qatır Məmmədi güllələndiyi səhnə idi. Bax, burada aralarında dialoq quruldu və sonda Əziz atəş açaraq onu öldürdü. Məndən soruşa bilərsiniz, məlum səhnə ilə fərq nə idi. Hər kəsin baxdığı filmdə deyilir ki, Azərbaycanda sovet hakimiyyəti quruldu, amma Qatır Məmmədə o günü görmək nəsib olmadı.

Birinci filmdə isə belə bir fikir salınmamışdı. Çünki, Hüseyin Seyidzadə o fikrin tərəfdarı deyildi. O, Qatır Məmmədi milli ruhlu xalq tərəfdarı, qəhrəman kimi təqdim edirdi, bolşevizmin qələbəsinə sevinən biri kimi deyil. Ssenarist Rus Qatır Məmmədi məndən yaxşı tanımıyacaq ki, deyirdi. Elə bu cür yanaşmaları da həmin filmin sonrakı taleyini dalana dirədi. Mən bu barədə sonralar ali təhsil dönəmində filmdə yer almış aktyor dostlarımla dəfələrlə söhbət etmişəm”.

Akif Mirabov filmin sonrakı taleyinin niyə düyünə düşdüyü ilə bağlı mövzuya aydınlıq gətirərək, rejissorun ssenaridən çıxmağı məsələsinin əsassız, filmin fəaliyyətini dayandırmaq üçün uydurulmuş bəhanə olduğunu söyləyib. Hətta bundan sonra yeyinti damğası adı ilə yoxlamalar başlanıldı, filmin direktoru həbs olundu.

“Hüseyin Seyidzadə milli düşüncəli adam idi. O rus müəllifin ssenarisi ilə, həqiqətən də, razılaşmırdı. Belə ki, rejissor Qatır Məmmədi xalqın sevimli qəhrəmanı kimi təqdim edirdi, ssenaridə olduğu kimi bolşeviklərin şəriki və tərəfdarı olması fikri ilə razılaşmırdı. Bu da Moskvanın qəzəbinə səbəb olmuşdu. O zamanlar hər kəs bir-birinə dəydi. Filmin səsləndirilməsi ərəfəsində iş dayandırıldı. Yeni bir filmin, yəni artıq indiki filmin ən qısa zamanda çəkilməsinə qərar verildi. Bu iş Rasim Ocaqova həvalə edildi. Aktyorlar, məzmun, bir sözlə hər şey dəyişdirildi”.

Filmin bir səhnəsi Mingəçevir su anbarı hövzəsi sahilindəki dağlıq ərazidə lentə alınıb. O ərazidə atla səhnəsi olan Safurə İbrahimova, Mingəçevir teatrının aktyoru Gəray Gərayev, oğlu Arif, aktyor Heybət Hörmətzadə və başqalarına da müxtəlif səhnələrdə yer alıblar.

Məlumata görə, yeni film çəkilərkən köhnə versiyadakı kütləvi çəkilşlərin əksəriyyətindən istifadə olunub.

Akif Mirabov belə bir dəyərli filmin ekran həyatı görməməsindən təəssüfləndiyini bildirib:

“Çəkilən xərclər, yaradıcı heyətin və yüzlərlə sakinin əziyyətləri əbəs yerə sovet ideologiyasının güdazına getdi. Amma inanıram ki, arxivdə ilk variant saxlanılır. Çox istərdim ki, bu film yenidən bərpa olunub ekrana çıxarılsın. Ən azı müqyisə etmək üçün hər kəsə imkan yaransın. Fikrimcə, o film məzmunca daha milli idi və bu səbəbdən də çəkilişləri dayandırılaraq ekrana buraxılmadı”.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO