Heç vaxt ailə qurmayan, məşhur nəsildən olan, evində ölü tapılan aktyor...

Moderator.az Kulis.az-a istinadla dekabrın 17-də vəfat edən azərbaycanlı aktyor Sadiq Əhmədov haqqında maraqlı faktları təqdim edir.
 
Sadiq Əhmədov 5 fevral 1960-cı ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Əslən Qazax qəzasının Yuxarı Salahlı kəndinə mənsub məşhur Vəkilovlar nəslindəndir. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur.
 
***
 
O, 1978-1982-ci illərdə o vaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda görkəmli sənətkar Mehdi Məmmədovun kursunda təhsil alıb.
 
***
 
Hərbi xidmətdən sonra 1984-cü ildə Rus Dram Teatrında, daha sonra "APOPOS" Teatrında, 2000-2012-ci illərdə isə, Rüstəm İbrahimbəyovun İbrus Teatrında aktyor kimi fəaliyyət göstərib.

O, İbrus Teatrında "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda maraqlı obrazlar yaradıb.
 
***
 
Aktyor həmçinin “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə bir-birindən fərqli rollar ifa edib.

62 yaşlı aktyor heç vaxt ailə həyatı qurmayıb. Tək yaşayırmış. Bakıda qohum-əqrəbası olsa da, aktyorun qohumları ilə ünsiyyəti az olub. Hətta deyilənə görə, aktyorun qardaşı yüksək vəzifələrdən birində çalışır.
 
***
 
Aktyor 17 dekabr Bakıda yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Qohumlarının sözlərinə görə mərhumla ünsiyyət ölümündən iki gün əvvəl olub. Sonrakı günlərdə Sadiq telefon zənglərinə cavab verməyib. Haqqında heç bir xəbər ala bilməyən qohumları onun evinə gələrkən aktyorun iki gün öncə vəfat etdiyi məlum olub.

Sadiq Əhmədov dekabr ayının 18-də Təzə Pir məscidindən son mənzilə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 33 faizdən çox artıb

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 33 faizdən çox artıb

Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

Abşeronda 33 yaşlı kişi kürəyindən bıçaqlandı

Abşeronda 33 yaşlı kişi kürəyindən bıçaqlandı

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Qəzada həlak olan AAYDA əməkdaşının FOTOSU

Qəzada həlak olan AAYDA əməkdaşının FOTOSU

Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab oldu - 24 saatdan çox gecikir

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab oldu - 24 saatdan çox gecikir

Siyəzən rayonunda kişi kafedə vəfat etdi

Siyəzən rayonunda kişi kafedə vəfat etdi

Ukraynanın ABŞ-dakı keçmiş səfiri girovu ödəməyib - HƏBS OLUNACAQ?

Ukraynanın ABŞ-dakı keçmiş səfiri girovu ödəməyib - HƏBS OLUNACAQ?

90 yaşlı Culi Endryus rəsmi olaraq bu filmdə çəkilməkdən imtina etdi

90 yaşlı Culi Endryus rəsmi olaraq bu filmdə çəkilməkdən imtina etdi

Conson Ukrayna-Rusiya sülh danışıqlarını pozmaqda ittiham olunmasını rədd etdi

Conson Ukrayna-Rusiya sülh danışıqlarını pozmaqda ittiham olunmasını rədd etdi

Yevlaxda "Mercedes" və "Naz Lifan" toqquşdu: 2 ölü, 2 yaralı var

Yevlaxda "Mercedes" və "Naz Lifan" toqquşdu: 2 ölü, 2 yaralı var

End of content

No more pages to load

RADİO