Fəxri Xiyabanda dəfn edilən Azərbaycan gözəli – Ü.Hacıbəyov, S.Vurğun, Ə.Vahid, hətta Stalin ona aşiq olublar

Teatr və kino əfsanəsi Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olduğu, hətta bakılı olduğu yazılsa da, aktrisa əslən Şəmkirdəndir. Aktrisanın valideynlərinin 1937-ci ildə repressiyaya məruz qalmasıyla bağlı informasiyalar da həqiqətə uyğun deyilmiş. 

Bizim.Media xəbər verir ki, balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Atasının işiylə bağlı Bakıya köçən ailə sonradan taleyini bu şəhərə bağlayıb. 

Cazibədar görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir. Elə ilk ailə həyatını da həmkarı və səhnədəki tərəf müqabili olan rəqqas Fərəc Cavanşirovla qurur. Həmin vaxt Leylanın cəmi 16 yaşı vardı. Bir il sonra oğul anası olan rəqqasə - gələcəyin aktrisası işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Leyla Bədirbəylinin oğlu Elxan Cavanşirov uzun illər AZTV-də operator kimi çalışıb. Gəlini Elmira Cavanşirova isə  dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib.

Filarmoniyada çalışdığı illərdə "Ayna" və "Bakının işıqları" filmlərində rol alan Bədirbəyli 1941-ci ildə 21 yaşında "Azdrama"ya dəvət olunur. Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəyovun böyük rolu olur. Amma bütün bunlar Leyla xanımın ilk evliliyindən sonraya təsadüf edir.

Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir.  Cavanşirovla boşanan aktrisanın təkliyi elə də uzun sürmür. 1942-ci ildə diş həkimi Kamil Aslanovla tanış olan Bədirbəyli onunla ailə qurur. Beş il sonra isə bu nikahdan Lalə adlı qız övladı dünyaya gəlir. Leyla xanımın Kamil Aslanovla nikahından ikinci övladı isə tanışlıqlarından 22 il sonra -1964-cü ildə doğulur.

Lalədən 17 yaş kiçik olan uşağa Leyla xanımın anasının adını qoyurlar - Bikə.

1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmi çəkilərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Hətta bəzən belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu bildirirlər. 

Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Məhz onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olur. Stalinin də ona aşıq olduğu söylənilir.

Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxanımız Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya sevgi şeirləri həsr etdiyi də bildirilir. 

Çoxları bilmirlər ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. 

İfa etdiyi onlarla maraqlı rollar, tamaşaçı sevgisi və saysız titullarına rəğmən aktrisanın ömrünün son illəri çox acınacaqlı keçir. Belə ki, həyat yoldaşı Kamil Aslanov Almaniyadan maşın gətirməyə gedib və Azərbaycana qayıdanda Ukraynada ağır qəzaya uğrayaraq dünyasını dəyişib. Bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur və o da vəfat edir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli günbəgün gözəlliyini itirməyə başlayır. Ardınca isə əsəb xəstəliyinə tutulur.

"Azərbaycan gözəli" adlandırılan qadın qısa müddət ərzində elə tanınmaz hala düşür ki, heç kimin onu bu halda görməsin deyə kimlə görüşmək istəmir. Uzun müddət evə qapanır.

Yalnız 1999-cu ilin yanvar ayının 1-də Ulu Öndər Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən Leyla qapandığı evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişən gözəllik əfsanəsi Fəxri xiyabanda dəfn edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO