Üzeyir Hacıbəylinin Şuşa həsrətli qardaşı uşaqları - Jeremie Azərbaycanı xəyal edir

Şuşa! Görəsən bu sözü deyəndə ürəyi trimtitrək olan neçə milyonuq? Şuşadan 30 il yox, düz 100 il tarixin gərdişi ilə ayrı düşən yüzlərlə Şuşalı var. 

Şuşa deyəndə içi göynəyənlər təkcə Vətənimizdə deyil, Azərbaycanda minlərlə kilometr uzaqlıqda qürbət həyatı yaşayanlar da var. Bu insanlardan biri də dahi Üzeyirin qardaşı, Ceyhun Hacıbəyli və onun ailəsidir.

Azərbaycan Xalq Cumhuriyyətinin dünyada  müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir.

O, ADR-in ictimai-siyasi tarixində dərin izlər buraxmış, Fransada mühacirətdə olduğu müddətdə də ürəyi daimi vətəni ilə döyünüb. C.Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada siyasi fəaliyyət göstərib.

Daha sonra isə 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb. 

Ceyhun Hacıbəylinin iki oğlu olub: Ceyhun və Timurçin.

Xatırladaq ki, Ceyhun bəyin  Bakıda doğulan oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə yola düşüb.  Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun  bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olub.

Bu gün söz açacağımız Ceyhun Hacıbəylinin digər Fransada yaşayan oğlu Timuçin Hacıbəylinin birinci nikahından dünyaya gələn övladı Klement Bailly Hacıbəyli məşhur musiqiçidir. O, 1951-ci ildə Parisdə anadan olub. Dörd yaşında olarkən pianoda ifa etməyi öyrənib. Klement Hacıbəyli  məşhur caz-musiqi qruplarında ifa edib. Hazırda Laosda yaşayır, tələbələr yetişdir. Ceyhun Hacıbəylinin ilk nəvəsidir. 

Klement Bailly Hacıbəyli  hər zaman Azərbaycan  haqqında “Azərbaycan mənim Vətənim, Torpağımdır!”- deyə qeyd edir.

Klement 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan haqqında, onun haqq savaşı barədə sosial şəbəkə hesabında paylaşımlar edib. Hətta o, Vətən müharibəsi şəhidlərinin şərəfinə Qarabağın azadlıq rəmzi olan Xarı Bülbül simvolunu da səhifəsində izləyiciləri ilə bölüşüb.

Klement Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" dövlət medalı ilə təltif olunub.

Hacıbəyli ailəsinin musiqi sənətini davam etdirən Klement Hacıbəyli Prezident İlham Əliyevin verdiyi ali mükafatı belə dəyərləndirib: 

"Bu şərəf babamız Ceyhun Hacıbəyliyə aiddir".

O, 2001-ci ildə babası Ceyhun Hacıbəylinin əl yazılarını tapır və orada babasının yazdığı bəzi təssüratlarını oxucuları ilə tanış edir. 

“Mən bu əlyazmalarından Ceyhun babanın Moskvadan radio verilişlərinə qulaq asdığını da öyrəndim. Onun Fransa Milli Kitabxanası və Fransa Xarici İşlər Nazirliyi vasitəsi ilə Moskvada nəşr olunan qəzetlərə çıxışı var idi. Bundan başqa babam yazır ki, 1918 -ci ildə Bakı şəhərində Azərbaycan qüvvələri ilə Şaumyan erməniləri (daşnaklar və bolşeviklər) arasında toqquşmalar baş verəndə babam evlərinin eyvanından onlara atəş açıb. Döyüşlər şiddətli olub, mart ayında o günlərdə təxminən 10 min azərbaycanlı, bir çox mülki şəxs ermənilər tərəfindən qətlə yetirilib”.

O, qeyd edir:

“Babamın tərcümeyi -halını yenidən yazıram. Bəli, Azərbaycandan uzaqda mühacirətdə yaşamağın vəziyyətinin necə olduğunu başa düşmək üçün babamın hisslərinə daxil olmaq istəyirəm”.

Klement 2001-ci ilin noyabr ayında Bakıda səfərdə olub. 

Klement Hacıbəylinin yeganə övladı Ceyhun Hacıbəylinin nəticəsi Jeremie Hacıbəyli Azərbaycana səfər etməyi barədə xəyal edir. Müsahibələrinin birində o, qeyd edir:

“Mən hər zaman Azərbaycanla bağlı hazırlanmış televiziya şoularına baxıram. Ümid edirəm ki, bir gün mütləq Azərbaycana, gözəl Bakını görəcəm. İnanıram ki, bir gün atamla birlikdə mən də Azərbaycana səfər edəcəyəm”. 

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi - bəndinə uyğun olaraq hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Təhsil Sektorunun müdiri qəflətən VƏFAT ETDİ

Təhsil Sektorunun müdiri qəflətən VƏFAT ETDİ

Kiyevdə etiraz yürüşü keçildi: “Fedorov müdafiə naziri olsun”

Kiyevdə etiraz yürüşü keçildi: “Fedorov müdafiə naziri olsun”

İranlı general: ABŞ-ın Hörmüz boğazına və Fars körfəzinə girişi yoxdur

İranlı general: ABŞ-ın Hörmüz boğazına və Fars körfəzinə girişi yoxdur

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi - VİDEO

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi - VİDEO

End of content

No more pages to load

RADİO