Azərbaycan filmi Tokio Film Festivalında təqdim olunacaq

Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu “Durna Çırağı” bədii filminin dünya premyerası təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatçıların “Tokyo Midtown Hibiya”nın “Base Q Hall” mərkəzində təşkil edilmiş mətbuat konfransında məlumat verilib. Azərbaycan filmi festivalın əsas mükafatı olan “Tokyo Grand Prix” uğrunda müsabiqəyə qatılacaq.

Bildirilib ki, festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nu dünya premyerası olacaq. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib.

Oktyabrın 30-dan noyabrın 8-dək davam edəcək 34-cü festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Məlumat üçün bildirək ki, Durna Çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsanova, Kamran Hüseynov kimi aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

H.Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə yayımlanan “Adsız yüksəkliklər”dir. Filmin premyerası “Monreal” film festivalında baş tutub. Azərbaycanlı rejissor həmin il “Sarayevo” film festivalında “Ad günü” filmi ilə iştirak edərək “Docu Talent” mükafatına layiq görülüb.

2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalında iştirak edib.

Rejissorun “Xurmalar yetişən vaxt” filmi də bir sıra festivallarda uğur qazanıb. Həmin film 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.

Bununla yanaşı, həmin film “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb. Film Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında da mükafat alıb.

Qeyd edək ki, bu, Tokio beynəlxalq Film Festivalında təqdim edilən ikinci Azərbaycan filmi olacaq.

Bundan əvvəl, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi həmin festivalın iştirakçısı olub. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

End of content

No more pages to load

RADİO